10:12 01-06-2017
news_image
1021
TOP OYUNLARI

Ukraynalı məşqçi Azərbaycana məğlubiyyətin səbəbini açıqladı

“Azərbaycanı layiqli qələbə münasibətilə təbrik edirəm. Hər setdə 16-cı xala qədər bərabər mübarizə getdi. Ancaq 2-ci texniki fasilədən sonra rəqibə hücumda və blokda uduzduq. Bu da oyunun nəticəsində həlledici rol oynadı”. Apasport.az saytının məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Ukrayna millisinin baş məşqçisi Qari Yeqiazarov deyib.

 

Təcrübəli mütəxəssis dünya çempionatının seçmə mərhələsində Azərbaycana 0:3 hesabı ilə uduzduqları oyundan danışıb. O bildirib ki, millimizin liderləri əsas oyunçularından güclü olub: “Qarşılaşmada daha gərgin mübarizənin gedəcəyini gözləyirdik. Təəssüf ki, əsas hücumçumuz Olesya Rixlyukun hərarəti olduğundan yüksək səviyyədə çıxış edə bilmədi. Bu da komandamızın oyununa mənfi təsir göstərdi. Polina Rəhimova və

Natalya Məmmədova kimi hücumçuların qarşısını almaq asan məsələ deyil. Blok və müdafiədə planlaşdırdığımız kimi oynaya bilmədik. Azərbaycan evdə oynayır ki, bu da böyük üstünlükdü. Təşkilatçılıq da yüksək səviyyədədi. Komandanıza DÇ-yə vəsiqə qazanmağı arzulayıram”.