14:58 01-06-2017
news_image
816
TOP OYUNLARI

Gənc cüdoçuların Bakı birinciliyində əzmkar mübarizəsi - VİDEO

Azərbaycan Cüdo Federasiyası və Bakı şəhər Gənclər, İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən daha bir yarışa yekun vuruldu. 23 yaşa qədər gənc cüdoçular arasında baş tutan Bakı şəhər açıq birinciliyi bir çox maraqlı anları ilə yadda qaldı.

"Sərhədçi" Olimpiya İdman Kompleksində 2 gün ərzində keçirilən birincilikdə paytaxt cüdoçuları ilə yanaşı Gəncə və İsmayıllının gənc kimano ustaları mübarizə apardılar. 300-dən çox cüdoçunun qatıldığı yarışın qaliblərinə medal, diplom və fəxri fərmanlar təqdim edildi.

Qeyd edək ki, bu yaş kateqoriyası üzrə respublika birinciliyi iyun ayının son günlərində keçiriləcək.

"Cüdo TV" nin Bakı birinciliyindən hazırladığı maraqlı reportajı sizə təqdim edirik.