17:41 02-06-2017
news_image
747
TOP OYUNLARI

“Qəbələ” mükafatına qovuşdu - FOTOSESSİYA

Bu gün AFFA-nın inzibati binasında qızlar liqalarında fəaliyyət göstərən məşqçilərin iştirakı ilə iclas keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda ilin yekunları ilə bağlı fikir mübadiləsi aparılıb, yeni mövsümlə bağlı təkliflər səsləndirilib, dəyişikliklər haqda məlumat verilib.


Daha sonra Yüksək Liqanın 2016/17-ci il mövsümündə yüksək yerləri tutan komandaların mükafatlandırma mərasimi keçirilib. “Qəbələ”, “Fidan” və “Sumqayıt” komandalarına müvafiq olaraq qızıl, gümüş və bürünc medallar təqdim edilib.

 

Liqanın ən yaxşı oyunçusu Vüsalə Seyfəddinova (“Sumqayıt”), ən yaxşı məşqçisi isə Dilarə Əhmədova (“Qəbələ”) seçilib. Mövsüm ərzində 21 qol vuran Süsən Mənsimzadə (“Fidan”) isə liqanın ən sərrast futbolçusu olub. 


Mükafatları İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov, baş katibin müavini Sərxan Hacıyev və müğənni Samirə Allahverdiyeva təqdim ediblər. 

 

Mənbə: affa.az