10:31 03-06-2017
news_image
1869
TOP OYUNLARI

“Hollandiyanı məğlub etməliyik” - Ayşən Abduləzimova

“İlk 4 matçdakı oyununun hər birindən razıyam. Komandamız uğurla çıxış edib, ilk vəzifəsinin öhdəsindən gəldi”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimova deyib.

 

Yığmamızın blokçusu dünya çempionatının seçmə oyunlarında çıxışımızı dəyərləndirib. O bildirib ki, bu gün keçiriləcək Hollandiya ilə oyunda ilk 4 turdakı qələbə seriyasını davam etdirmək arzusundadı: “Artıq Hollandiya ilə keçiriləcək matça hazırıq. Komandamız əla oynayır və bütün voleybolçular yüksək formadadılar. Bu səbəbdən də Hollandiyanı məğlub etməliyik. Əgər bunu bacararıqsa, finala birbaşa yollanacağıq”.

 

Qeyd edək ki, Azərbaycan – Hollandiya matçı saat 17:30-da başlayacaq. Qalib gələcək komanda final mərhələsində, məğlub gələcək yığma isə pley-offda oynayacaq.