12:32 03-06-2017
news_image
2967
DÖYÜŞ NÖVLƏRİ

Zülfiyyə Hüseynova Azərbaycan millisində

İyunun 15-də Xorvatiyanın paytaxtı Zaqrebdə usta cüdoçular arasında Avropa çempionatı start götürəcək. Apasport.az saytının məlumatına görə, 2 gün davam edəcək yarışa Azərbaycanın da veteran idmançıları qatılacaqlar.

 

Çempionatda ölkəmizin idman şərəfini 26 kişi, 1 qadın cüdoçu qoruyacaq. Yığmamızın heyətində Zülfiyyə Hüseynova (73 kq), Mübariz Cəfərov (81 kq), Fərhad Rəcəbli (90 kq) kimi tanınmış simalar da var.

 

Qeyd edək ki, çempionata 33 ölkədən 855 (729 kişi, 126 qadın) cüdoçunun gəlməsi gözlənilir.