13:13 03-06-2017
news_image
1291
TOP OYUNLARI

“Fənərbaxça” 3 qat Azərbaycan çempionu ilə vidalaşdı - FOTO

“Fənərbaxça” Azərbaycan çempionu Nutsara Tomkomla yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi ötən il “Azərreyl”dən transfer etdiyi Tailand millisinin 31 yaşlı toppaylayıcısının xidmətində maraqlı olmadığını açıqlayıb.

 

Belə ki, yığmamızın hücumçusu Polina Rəhimovanın şərəfini qoruyacağı “sarı-lacivərdlilər” Tomkomla başa çatan müqaviləni yeniləməyiblər.

 

Qeyd edək ki, toppaylayıcı Azərbaycan Super Liqasında 3 klubun heyətində 6 mövsüm keçirib. O, 2010-2012 və 2015-2016-cı illərdə “Azərreyl”də, 2012-2013-cü illərdə “İqtisadçı”da və 2013-2015-ci illərdə “Rabitə”də oynayıb. Tomkom Bakı təmsilçilərinin heyətində 3 dəfə Azərbaycan çempionu, 2 dəfə gümüş medalçısı olub. O, həmçinin çempionatımızın 4 dəfə ən yaxşı toppaylayıcısı seçilib.