16:54 14-04-2008
news_image
627
DİGƏR NÖVLƏR

Elçin Nağıyev Sankt-Peterburqda keniyalı boksçuya texniki nokautla qalib gəlib

Bakı. Kənan Həsənov – APA-Sport. Rusiyanın Sankt-Peterburq şəhərində peşəkar boks gecəsi təşkil edilib. “APA-Sport” agentliyinin məlumatına görə, gecə çərçivəsində 6 döyüş keçirilib. “Qiqant-Xoll” kazinosunun rinqinə Azərbaycan boksçusu Elçin Nağıyev də çıxıb. İndiyədək keçirdiyi yeddi döyüşün 6-da qələbə qazanan, bir dəfə heç-heçə edən həmyerlimiz keniyalı Kevin Onyanqla qarşılaşıb. Görüş 8 raunddan ibarət olsa da, boksçumuz “əqrəb” ləqəbli rəqibini 3-cü raundda texniki nokautla məğlub edib.
Qeyd edək ki, peşəkar rinqdə məğlubiyyətsizlik ünvanını qoruyan E.Nağıyev martda xal hesabı ilə digər keniyalı boksçu Corc Ovanoya qalib gəlib.