15:18 04-06-2017
news_image
1249
TOP OYUNLARI

“Azərbaycan dünya çempionatına getməyə layiqdi” - FOTO

Qadınlar arasında voleybol üzrə DÇ-2018-in seçmə mərhələsinin Bakıda keçirilən E qrupunda millizlə birlikdə mübarizə aparan Hollandiya yığması son oyunda Azərbaycana məğlub olaraq mundiala birbaşa getmək şansından məhrum oldu. Apasport.az saytının məlumatına görə, Yaponiyada keçiriləcək dünya çempionatına yollanmaq üçün “narıncılar” “pley-off” mərhələsində çıxış edəcəklər.

 

Həlledici oyundan sonra qısa açıqlama verən Hollandiya yığmasının baş məşqçisi Ceymi Morrison məyusluğunu gizlətməyib.

 

O, millimizin DÇ-yə layiq olduğunu vurğulayıb: “Məğlubiyyətlə ciddi məyusluq yaşadıq. Ancaq dərsimizi öyrənməyə məcburuq. Azərbaycan dünya çempionatına gedəcək və bu, tam olaraq haqqıdır. Biz isə “pley-off”larda oynayacağıq. Mundiala getmək üçün üçüncü təsnifat mərhələsindən də keçməliyik”.