10:05 05-06-2017
news_image
741
TOP OYUNLARI

Azərbaycanla birgə Yaponiyaya bilet sifariş edənlər

Qadın voleybolçular arasında DÇ-2018-nin Avropa zonası üzrə seçmə oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, 6 qrup üzrə təşkil olunan qarşılaşmalardan sonra “köhnə qitə”dən final mərhələsinə vəsiqə qazanan komandaların sayı 6-ya çatıb.

 

Belə ki, Serbiya və Azərbaycanın ardınca Rusiya, Türkiyə, İtaliya və Almaniya adını xoşbəxtlər sırasına yazdırıb. Bu komandaların hamısı öz qruplarını birinci yerdə bitiriblər.

 

Qruplarda ikinci yeri tutan Yunanıstan, Çexiya, Bolqarıstan, Belçika, Hollandiya və Sloveniya isə mübarizəni pley-offda davam etdirəcəklər. Bu yığmalardan ikisi mərhələ adlayacaqlar.

 

Sentyabrın 30-dan oktyabrın 21-dək Yaponiyada təşkil olunacaq mundiala vəsiqə qazananların sayı isə hələlik 8-di. Avropanı təmsil edən 6 komanda ilə yanaşı, ev sahibi və son dünya çempionu ABŞ həlledici mərhələdə rəqiblərini gözləyir. Yarışda isə ümumilikdə 24 komanda gücünü yoxlayacaq.