10:29 05-06-2017
news_image
1669
TOP OYUNLARI

Azərbaycan çempionu arzusuna çatdı

“Bütün azarkeşlərə təşəkkür edirəm. Bizə çox yaxşı dəstək verdilər. Bu, bizə çox böyük güc verdi”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin voleybolçusu Yelizaveta Səmədova deyib.

 

Yığmamız Bakıda keçirilən dünya çempionatının seçmə oyunlarını qələbə ilə başa vuraraq, final mərhələsinə vəsiqə qazanıb. Qrupu lider kimi başa vurmağımızda “Telekom”un 22 yaşlı hücumçusunun da rolu böyükdü.

 

Faiz göstəricisinə görə mövqeyində hamını qabaqlayan Azərbaycan çempionu müdafiədə və qəbulda da özünü yaxşı tərəfdən göstərdi. Hazırda bir neçə xarici klubun transfer siyahısında olan Səmədova kapitan Odina Bayramovanı da layiqincə əvəzlədi.

 

Yelizaveta belə uğurlu çıxışı üçün komanda yoldaşlarına minnətdarlıq edib: “Dünya çempionatında oynamaq arzum idi. Mundialda da böyük uğur qazanmağa cəhd edəcəyik. Hollandiya güclü rəqib idi. Onlar da bizim kimi dünya çempionatına vəsiqə qazanmağa çalışırdı. Yaxşı ki, ilk seti geridən gəlib qazana bildik”.