11:43 05-06-2017
news_image

Yığmamız Kankuna 3 nəfərlə gedir

İyunun 16-da Meksikanın Kankun şəhərində cüdo üzrə Qran-pri turniri keçiriləcək. Apasport.az saytının məlumatına görə, 3 gün davam edəcək yarışa Azərbaycan millisi də qatılacaq.

 

Məşqçilər korpusu Kankunda ölkəmizi 3 idmançının təmsil etməsini məqsədəuyğun hesab ediblər. “Böyük dəbilqə”nin qalibi Rüfət İsmayılov bu yarış üçün öz çəkisi 81 kq çəki dərəcəsində sifariş edilməyib. Onunla yanaşı, Tural Səfquluyev 90 kq çəki dərəcəsində, Cəlil Şükürov isə 100 kq çəki dərəcəsində tatamiyə çıxacaq.

 

Qran-priyə 38 ölkədən 190 (109 kişi, 81 qadın) cüdoçunun qatılması gözlənilir.