09:45 15-04-2008
news_image
428
STOLÜSTÜ OYUNLAR

Azərbaycan şahmatçıları “Dubai Open-2008” turnirində mükafat qazana bilməyiblər

Bakı. Kənan Həsənov-APA-Sport. Birləşmiş Ərəb Əmirliklərində “Dubai Open-2008” beynəlxalq şahmat turniri başa çatıb. “APA-Sport” agentliyinin məlumatına görə, ənənəvi yarışda iştirak edən Azərbaycan təmsilçiləri mükafatçılar sırasında yer ala bilməyiblər. Həmvətənlərimizdən ən yaxşı nəticəni hərəyə 6,5 xal toplayan və 10-12-ci pillələri bölüşən Rəsul İbrahimov, turnirin reytinq favoriti Qədir Hüseynov və Sərxan Quliyev göstərib. Loğman Quliyev (6 xal) 23-cü, son turda Q.Hüseynova uduzan Eltac Səfərli (5,5 xal) 28-ci, Vasif Durarbəyli (5,5 xal) 33-cü, İlqar Bacarani (4,5 xal) 59-cu, Ülvi Bacarani (4 xal) 91-ci olub. 132 iti zəka sahibinin iştirak etdiyi yarışın qalibi adını 7 xal toplayan Uesli Su (Filippin) qazanıb.