16:53 07-06-2017
news_image
1628
TOP OYUNLARI

Azərbaycan çempionu “Qalatasaray”la anlaşdı - FOTO

“Qalatasaray” növbəti transferini açıqlayıb. Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi Bolqarıstan yığmasının voleybolçusu Dobriana Rabadjiyeva ilə güclənib.

 

26 yaşlı hücumçu yeni klubu ilə 1 illik müqavilə imzalayıb. O, 2013-2014-cü ildə də şərəfini qorumuş “Qalatasaray”a İsveçrənin “Volero” klubundan transfer olunub.

 

Qeyd edək ki, Rabadjiyeva 2011-2013-cü illərdə Bakının “Rabitə” klubunun formasını geyinib. O, bu komanda ilə 2 dəfə Azərbaycan, 1 dəfə klublararası dünya çempionatının qalibi olub. Dobriana, həmçinin “Rabitə” ilə Çempionlar Liqasının və mundialın finalında da oynayıb.