14:37 08-06-2017
news_image
592
TOP OYUNLARI

Mundialda Avropanı təmsil edəcək son 2 komanda avqustda bilinəcək

Qadın voleybolçular arasında dünya çempionatının Avropa zonası üzrə III mərhələsinin keçirilmə tarixi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, seçmə oyunlarda qrupda ikinci yeri tutan komandalar pley-off görüşlərinə avqustda çıxacaqlar.

 

Yığmalar arasında oyunlar avqustun 22-də start götürüb 27-də bitəcək. Bu mərhələdə Yunanıstan, Çexiya, Bolqarıstan, Belçika, Hollandiya və Sloveniya Avropadan son 2 vəsiqə üçün mübarizə aparacaqlar.

 

Qeyd edək ki, sentyabrın 30-dan oktyabrın 21-dək Yaponiyada təşkil olunacaq mundiala vəsiqə qazananların sayı hələlik 8-di. Bu siyahıda Avropanı təmsil edən Azərbaycan, Serbiya, Rusiya, Türkiyə, İtaliya və Almaniya ilə yanaşı, ev sahibi və son dünya çempionu ABŞ-ın yarışda iştirakı dəqiqləşib. Yarışda isə ümumilikdə 24 komanda gücünü yoxlayacaq.