11:21 09-06-2017
news_image
688
TOP OYUNLARI

“Azərreyl”də növbəti ayrılıq - FOTO

“Azərreyl” daha bir voleybolçusu ilə vidalaşıb. Apasport.az saytının məlumatına görə, yeni mövsümdə “Çelenc Cup”da oynayacaq “dəmiryolçular” Edina Dobi ilə müqaviləni uzatmayıblar.

 

Bu səbəbdən də son 2 ildə Bakı klublarında çıxış edən 30 yaşlı macarıstanlı blokçu Azərbaycanda ayrılıb.

 

Qeyd edək ki, “Azərreyl” “Azəryol”da da oynamış Dobidən öncə serbiyalı Danitsa Radenkoviçlə yollarını ayırmışdı.