14:22 09-06-2017
news_image
862
DİGƏR NÖVLƏR

55 iştirakçı arasında 55-ci yer, Ruslan Lunyov yenə medal qazana bilmədi

Qəbələdə güllə atıcılığı üzrə keçirilən Dünya Kuboku davam edir. Apasport.az saytının məlumatına görə, yarışın ikinci günündə də 2 dəst medal öz sahibini tapıb.

 

Fərqlənənlər sırasında yenə azərbaycanlı snayper olmayıb. 50 m məsafəyə atəş açmada hədəf önünə keçən Rəhim Rəhimov 55 nəfər arasında elə 55-ci yerdə qərarlaşıb.

 

25 m məsafədə yarışda isə Ruslan Lunyov dəqiqliyini yoxlayıb. O, hələlik 15 nəfərin çıxışını bitirdiyi mübarizədə 9-cu yerdədi. Bu isə snayperimizin finala yüksələ bilməyəcəyi deməkdi. Bu növ üzrə yarış sabah bitəcək.

 

Lunyov iyunun 14-dək davam edəcək yarışda növbəti günlərdə də iş başında olacaq.

 

Qeyd edək ki, qadınların 25 m məsafəyə atəş açma yarışları da bir gün öncə start götürüb, bu gün başa çatıb.