14:29 11-06-2017
news_image

Gürcüstanda iki “gümüş”

Gürcüstanın paytaxtı Tiflisdə gənc cüdoçular arasında “Zedazeni cup” turniri keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının heyətində “Qəbələ” İdman Klubunun gənc cüdoçuları da qonşu ölkədə təşkil olunan yarışda qüvvəsini sınayıb.

 

Qəbələli cüdoçular yarışı iki medalla başa vurublar. Rövşən Əliyev (55 kq) və Yaqub Cavadov (66 kq) finaladək bütün rəqiblərini məğlub edib.

 

Yalnız həlledici qarşılaşmada məğlub olan cüdoçularımız Tbilisidə gümüş mükafata yiyələnib.