13:43 15-04-2008
news_image
727
DİGƏR NÖVLƏR

Elçin Nağıyev: “Əlimi sındırdığımdan, özümü qorumaq məcburiyyətində qaldım” - FOTO

Bakı. Kənan Həsənov – APA-Sport. “Rəqibə dəqiq zərbə endirmək çox çətin idi”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Rusiya Peşəkar Boks Federasiyasının rəsmi saytına açıqlamasında Azərbaycan boksçu Elçin Nağıyev söyləyib. Sankt-Peterburq şəhərində keçirdiyi 8-ci döyüşdə keniyalı Kevin Onyanqonu məğlub edərək 7-ci qələbəsini qazanan həmyerlimiz ciddi rəqiblə qarşılaşdığını etiraf edib: “Kevin Keniya çempionudur. O, çox cəld olduğundan, bir qədər ehtiyatlı döyüşdüm. Mən adətən, rəqiblərimin müdafiəsini yararaq zərbə endirməyə üstünlük verirəm. Amma Aleksandr Şedrinlə döyüşdə əlimi sındırdığımdan, özümü qorumaq məcburiyyətində qaldım”.
Qeyd edək ki, peşəkar rinqdə məğlub olmayan E.Nağıyev keniyalı rəqibinə üçüncü raundda texniki nokautla qalib gəlib.