09:52 12-06-2017
news_image
2197
TOP OYUNLARI

Hücumçumuz Türkiyə klubu ilə müqavilə bağladı

Azərbaycan millisinin voleybolçusu Yana Kulan karyerasını Türkiyədə davam etdirəcək. Apasport.az saytının məlumatına görə, 30 yaşlı hücumçu “Beylikdüzü” klubu ilə danışıqları müsbət yekunlaşdırıb.

 

O, İstanbul təmsilçisi ilə 1 illik müqavilə bağlayıb. Son mövsümü Türkiyənin “Çanakkale Bld” klubunda oynayan Kulan özünü yaxşı tərəfdən göstərəcəyi halda daha 1 il “Beylikdüzü”ndə qala bilər. Onun yeni komandası ötən mövsüm I liqanı çempion kimi bitirərək, Sultanlar Liqasına vəsiqə qazanıb.

 

Yananın bu klubla anlaşmasından sonra Sultanlar Liqasında oynayan voleybolçularımızın sayı 2-yə çatıb. Ona kimi millimizin kapitanı Odina Bayramova “Seramiksan”la razılıq əldə etmişdi.

 

Qeyd edək ki, Yana Cənubi Koreyanın “Hyundai”, Polşanın “Atom” və Çinin “Beijung” klublarında da legioner həyatı yaşayıb.