14:21 12-06-2017
news_image
1476
TOP OYUNLARI

Çempionatın ən yaxşısı Azərbaycandan getdi

“Azərreyl” daha bir voleybolçusu ilə vidalaşıb. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” bu dəfə Tailand millisinin hücumçusu Malika Kanzonqla yollarını ayırıblar.

 

Belə ki, yeni mövsümdə “Çelenc Cup”da oynayacaq “Azərreyl” 30 yaşlı voleybolçunun başa çatan müqaviləsini yeniləməkdə maraqlı olmayıb. Bu səbəbdən də “İqtisadçı” və “Azəryol”da da oynamış Kanzonq növbəti dəfə ölkəmizdən ayrılıb.

 

“Azərreyl”lə Super Liqanın ikincisi olan asiyalı 2013-cü ildə “İqtisadçı” ilə də gümüş medal qazanıb. O, son 2 ildə Azərbaycan çempionatının müxtəlif nominasiyalarında ən yaxşı seçilməklə, yarışın simvolik yığmasında da yer alıb.

 

Qeyd edək ki, Bakı klubu Kanzonqdan öncə Edina Dobi (Macarıstan), Danitsa Radenkoviç (Serbiya), Marten Bettendorf (ABŞ) və Mersi Moimlə (Keniya) vidalaşıb.