14:37 15-04-2008
news_image
401
STOLÜSTÜ OYUNLAR

ABŞ-ın ən güclü qrossmeysteri Qata Kamski Bakıya gəlib

Bakı. Kənan Həsənov – APA-Sport. Aprelin 21-də start götürəcək şahmat üzrə Qran-Pri turnirinin üç iştirakçısı Bakıya gəlib. Bu haqda “APA-Sport” agentliyinə Azərbaycan milli komandasının baş məşqçisi Fikrət Sideifzadə məlumat verib. Onun sözlərinə görə, ABŞ-ın ən güclü qrossmeysteri Qata Kamski, həmçinin ukraynalı Ruslan Ponomaryovla rusiyalı Ernesto İnarkiyev artıq ölkəmizə gəliblər. Digər yarış iştirakçıları – Pyotr Svidler (Rusiya), Maqnus Karlsen (Norveç), Sergey Karyakin (Ukrayna), Maykl Adams (İngiltərə), İvan Çeparinov (Bolqarıstan), Aleksandr Qrişuk (Rusiya), Etyen Bakro (Fransa), Vanq Yu (Çin) və David Navara (Çexiya) aprelin 19-dək ölkəmizə gələcəklər.
Qeyd edək ki, mayın 6-dək davam edəcək Qran-Pri turnirində Azərbaycan şahmatçıları Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov və Vüqar Həşimov da mübarizə aparacaqlar.