11:36 13-06-2017
news_image

Millimiz Braziliya ilə birgə təlim-məşq toplanışında

Cüdo üzrə Azərbaycan milli komandasının əsas üzvləri hazırda Yaponiyada təlim-məşq toplanışındadır. Apasport.az saytının məlumatına görə, hər il ənənəvi keçirilən məşq prosesində yığmamızla yanaşı, Yaponiya, Fransa, Cənubi Koreya, Braziliya, Çexiya, Monqolustan, İtaliya, Rusiya kimi dünyanın aparıcı cüdo ölkələrinin milli komandaları da iştirak edirlər.

 

İdmançılarımız baş məşqçi Fərhad Məmmədov, məşqçilər Mövlud Mirəliyev və Şümşat Bəhramovun rəhbərliyi altında gündə 2 dəfə məşq edərək gələcək beynəlxalq yarışlara hazırlaşırlar.

 

Tokio toplanışında Orxan Səfərov, Nicat Şıxəlizadə, Rüstəm Orucov, Hidayət Heydərov, Telman Vəliyev, Məmmədəli Mehdiyev, Firudin Dadaşov, Elxan Məmmədov, Zelim Kotsoyev, Uşanqi Kokauri, İçinxorlo Munxtsedev, Aişə Qurbanlı, Nəzakət Əzizova və Xanım Hüseynova iştirak edirlər.