15:25 13-06-2017
news_image
5025
TOP OYUNLARI

Çempionumuzun potensial rəqiblərinin tam SİYAHISI

Kişi voleybolçular arasında “Çelenc Cup”da iştirak edəcək komandaların adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Lokomotiv”in də qatılacağı yarışda 18 ölkənin 23 klubu gücünü yoxlayacaq.

 

“Dəmiryolçular”ın debüt edəcəyi avrokubokda Yunanıstan, İsveçrə və Avstriya 2 komanda ilə təmsil olunacaq. Digər ölkələr isə Azərbaycan kimi bir iştirakçı ilə mübarizə aparacaqlar.

 

“Lokomotiv”in potensial rəqibləri aşağıdakı kimidi:

 

“Barkom-Kazani” (Ukrayna), “Ravenna” (İtaliya), “Styaua” (Rumıniya), “Olimpiakos”, “Foinikas” (hər ikisi Yunanıstan), “Gentofte” (Norveç), “İBB Polonya” (İngiltərə), “Lozanna”, “Şönenverd” (hər ikisi İsveçrə), “Levski”, “Montana” (hər ikisi Bolqarıstan), “Lokomotiv” (Azərbaycan), “Mladost” (Xorvatiya), “Pafiakos” (Kipr), PAR-KY (Belçika), “Parnu” (Estoniya), “Penzuqyor” (Macarıstan), “Seesinq Personeel Orion” (Hollandiya), “Stroitel” (Belarus), “Union Raiffeisen”, “UVC Holding” (hər ikisi Avstriya), “Strassen” (Lüksemburq), “Bistrina” (Slovakiya)

 

Qeyd edək ki, yarışın püşkü sabah atılacaq.