14:10 14-06-2017
news_image
1015
TOP OYUNLARI

Avropa Liqası: Hakimlər açıqlandı

Kişi voleybolçular arasında Avropa Liqasının I dövrəsini idarə edəcək hakimlərin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Avropa Voleybol Konfederasiyası (CEV) Azərbaycan millisinin də mübarizə aparacağı A qrupunun oyunlarını idarə edəcək referiləri müəyyənləşdirib.

 

İyunun 16-18-də Makedoniyada baş tutacaq qarşılaşmaları 4 ədalət təmsilçisi qoruyacaq. CEV Skopyeyə Tiran Şayno (İsrail), Sergey Hulko (Ukrayna), Yasmin Huseynoviç (Bosniya və Herseqovina) və Stoyan Baryevi (Bolqarıstan) ezam edib.

 

Onlar qrup mərhələsi çərçivəsində Albaniya, İsveç, Azərbaycan və Makedoniyanın oyunlarında bir-birlərini əvəzləyəcəklər.