15:05 14-06-2017
news_image
1097
TOP OYUNLARI

“Özümüzü yaxşı tərəfdən göstərmək istəyirik” – yığmamızın hücumçusu

“Qrup mərhələsində uğurlu çıxış edəcəyimizə ümid edirəm”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin voleybolçusu Pərviz Səmədov deyib.

 

31 yaşlı hücumçu Avropa Liqası ilə bağlı fikirlərini açıqlayıb. O bildirib ki, iyunun 16-da Makedoniyada start götürəcək qrup mərhələsində rəqiblərinə güclərini göstərəcəklərinə inanır.

 

Səmədovun sözlərinə görə, ev sahibləri ilə yanaşı, İsveç və Albaniyaya qalib gəlmək gücündədilər: “Düzdü, son mövsüm təqvim baxımından bizim üçün gərgin alındı. Komandamız İslamiada gümüş medal qazandı. Ardınca dünya çempionatının Lionda keçirilən seçmə mərhələsində çıxış etdik. Təsnifatda güclü komandalardan Fransa, Almaniya rəqiblərimiz sırasında idi. Seçmə mərhələdə iştirak bizə böyük təcrübə qazandırdı. Artıq diqqətimizi Avropa Liqasına yönəldəcəyik. Bu turnirdə də özümüzü yaxşı tərəfdən göstərmək istəyirik”.

 

Qeyd edək ki, yığmamız Skopyeyə bu gün yola düşəcək.