18:42 14-06-2017
news_image
1112
TOP OYUNLARI

“Avropa Liqasına startdan çox şey asılıdı” – yığmamızın üzvü

“Qrupda ilk 2 yeri tutan komandalar mərhələ adlayacaqlar. Biz də turnirin yarımfinalına yüksəlmək istəyindəyik”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan yığmasının voleybolçu Tural Həsənli deyib.

 

24 yaşlı toppaylayıcı Avropa Liqası ilə bağlı fikirlərini açıqlayıb.

 

O bildirib ki, iyunun 16-da Makedoniyada start götürəcək yarışda ən azı qrup mərhələsini arxada qoymağı hədəfləyiblər: “Fikrimcə, qrupdakı əsas rəqiblərimizdən biri Makedoniya yığmasıdı. Digər komandalar da kifayət qədər güclüdü. Avropa Liqasına uğurlu start vermək lazımdı. Başlanğıcdan çox şey asılıdı”.

 

Qeyd edək ki, yığmamızın rəqibləri ev sahibləri ilə yanaşı, Albaniya və İsveç milliləridi.