17:55 15-04-2008
news_image
519
DİGƏR NÖVLƏR

Elnur Qədirovu lisenziya xarakterli yarışdan kənarlaşdıran boksçunun qanında dopinq aşkarlanıb

Bakı. Kənan Həsənov – APA-Sport. Azərbaycanın boks yığmasının üzvü Elnur Qədirovu İtaliyanın Peskara şəhərində məğlub edən ukraynalı İsmayıl Sillahın (81 kq) qanında istifadəsi qadağan olunan dərman preparatı tapılıb. “APA-Sport” agentliyinin məlumatına görə, Ümumdünya Antidopinq Agentliyi bununla bağlı Ukrayna Boks Federasiyasına faks göndərib. İ.Sillah qanından götürülən B testi də müsbət nəticələnərsə, iki illiyə cəzalandırılacaq.
Qeyd edək ki, İ.Sillah lisenziya xarakterli turnir çərçivəsində keçirdiyi ilk döyüşündə E.Qədirova tam üstünlüklə qalib gəlib və sonda birinci yeri tutub.