10:01 16-04-2008
news_image
656
DİGƏR NÖVLƏR

Beynəlxalq Həvəskar Boks Assosiasiyası Azərbaycan hakimlərini olimpiadaya buraxmır

Bakı. Kənan Həsənov - APA-Sport. Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) Pekin Olimpiadasına təyinat alan hakimlərin siyahısını açıqlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, olimpiadada döyüşləri 34 referi idarə edəcək. AİBA Pekinə yollanmağa namizəd olan 50 hakim arasında seçim aparıb. Azərbaycan hakimlərindən heç biri yekun siyahıda yer almayıb.
Qeyd edək ki, 4 il əvvəl Afina Olimpiadasında ölkəmizi beynəlxalq dərəcəli referi Niftalı Quliyev təmsil edib.