10:29 20-06-2017
news_image
1868
DÖYÜŞ NÖVLƏRİ

Dünya çempionu Tokiodan Azərbaycan əsgərinə səsləndi

Azərbaycan güləşçiləri Mariya Stadniklə Rövşən Bayramovun ardınca cüdoçumuz Elxan Məmmədov da ictimaiyyətin diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, Yaponiyanın paytaxtı Tokioda təlim-məşq toplanışında olan dünya və Avropa çempionumuz əsgərlərə ürək sözlərini yazıb.

 

26 iyun Silahlı Qüvvələr Gününə həsr olunmuş “Əsgərə məktub” trendinə qoşulan Məmmədov bildirib ki, baş komandan əmr verəcəyi halda, səngərdə olmağa hazırdı: “Siz şanlı Azərbaycanın əsgəri, həm də ümidisiniz. Bilin ki, bizim davamız haqq davasıdı və bilin ki, Ali Baş Komandan, Prezidentimiz İlham Əliyev əmr verərsə, biz də sizin yanınızda olacağıq. Uca Allah sizləri qorusun. Uca Allah Azərbaycanımızı qorusun. Uca Allah bu haqlı davada dövlətimizin yar və yardımçısı olsun!”.