17:13 20-06-2017
news_image
4118
DÖYÜŞ NÖVLƏRİ

“Şəhid olmağa hazıram” - Fariz Məmmədov

“Əziz əsgər! Kiçik yaşlarımda əsgər nədir, o qədər də anlamırdım. Onlara sadəcə, bir gözlə baxırdım – qəhrəman, qeyrətli oğulları kimi”. Apasport.az saytının məlumatına görə, bu sözlər Azərbaycanın  peşəkar boksçusu Fariz Məmmədov deyib.

 

Hazırda Boks Federasiyasında çalışan mütəxəssis 26 iyun Silahlı Qüvvələr Gününə həsr olunmuş “Əsgərə məktub” trendinə qoşulub.

 

Məmmədov əsgərin həyatımızdakı rolunu yüksək qiymətləndirib: “Hələ 12 yaşımda, uşaq olarkən özüm də çox canfəşanlıq etdim ki, mən də əsgər olum. Ağdamda bizim qəhrəman döyüşçülərimizə qoşuldum. Amma əlbəttə, mən onda vətənin keşiyində o qəhrəman oğullarımız kimi dayana bilməzdim, əsl əsgər ola bilməzdim. Amma hər gün, hər saat dua edirdim. İstəyirdim ki, mən də çox tez böyüyüb əsgər olum. Əsgər mənim üçün kimdir? Millətin, dövlətin rəmzidir, kişiliyi, qeyrətidir. Əsgər torpaq deməkdir. Əsgər bizim dünənimiz, sabahımız deməkdir. Mən həqiqətən yenidən əsgər olub, millətim üçün, torpağım üçün qəhrəmancasına canımı qurban verib, şəhid olmağa hazıram. Bunun üçün hətta dua da edirəm. Allah bu millətə, bizə layiqincə, öz şərəfi ilə işğal altındakı torpaqlarımızı geri almağı nəsib etsin. Və o gün olacaq. Sənin sayəndə olacaq”.