16:03 23-06-2017
news_image
817
DİGƏR NÖVLƏR

“Formula-1”: Maks Ferstappen hamını qabaqladı

Bakıda təşkil edilən “Formula-1” üzrə Azərbaycan Qran-prisində ilk sərbəst yürüşlər keçirilib. Apasport.az saytının məlumatına görə, yürüşdə 10 komandanın 20 pilotu iştirak edib.

 

Ən yaxşı göstəricini “Red Bull”un pilotu Maks Ferstappen əldə edib. 20 yaşlı idmançı 1:44.410 dəqiqəlik göstərici nümayiş etdirib. Onu 1:44.880 dəqiqəlik nəticə ilə komanda yoldaşı Daniel Rikardo izləyib. Siyahının üçüncü pilləsində isə 1:44.967 dəqiqə ilə "Ferrari"nin pilotu Sebastyan Fettel qərarlaşıb. "Force İndia"nın pilotu Serxio Peres 4-cü (1:45.398), "Mercedes"in pilotu Luis Hamilon isə 1:45.497 dəqiqəlik göstərici ilə 5-ci olub.

 

Qeyd edək ki, növbəti sərbəst yürüşə saat 17:00-da start veriləcək.