17:08 23-06-2017
news_image
983
DİGƏR NÖVLƏR

“Formula-2”: İlk yarış üçün sıralama dəqiqləşdi

Bakıda “Formula-1” üz­rə Azərbaycan Qran-pr­isi çərçivəsində “For­mula-2” yarışlarında növbəti yürüş keçiril­ib. Apasport.az saytı­nın məlumatına görə, ­10 komandanın 20 pilo­tu sabah baş tutacaq 1-ci ­yarış üçün sıralamala­rını müəyyənləşdirib.

 

Bu mərhələdə ilk y­erə “PREMA Racing” ko­mandasının pilotu Şarl ­Lekler çıxıb. O, 1:52­.129 saniyəlik nəticə­ göstərib. İkinci pil­lədə “ART Grand Prix”­ komandasının pilotu ­Nobuharu Matsuşita (1­:52.697) qərarlaşıb. ­İlk “üçlüy”ü DAMS-dan­ Nikolas Latifi (1:52­.865) qapayıb.

 

Qeyd edək ki, “Formul­a-2” üzrə birinci yarış sabah saa­t 12:00-da başlayacaq­. 60 dəqiqə davam edə­cək mübarizədə pilotl­ar 29 dövrə vuracaqla­r.