19:35 23-06-2017
news_image
1208
DÖYÜŞ NÖVLƏRİ

Boksçunu məşq zalının çıxışında güllələdilər

Meksikada idman faciəsi baş verib. Apasport.az saytının məlumatına görə, yerli boksçu Ulises Ueto Elisalde silahlı hücuma məruz qalıb.

 

Super orta ağır çəkidə mübarizə aparan dəri əlcək ustası idman zalından çıxarkən iki nəfər tərəfindən güllələnib. Hadisə şahidlərinin dediklərinə görə, cinayətkarlar susduruculu tapançalardan istfadə ediblər. 10 güllə yarası alan idmançı yerindəcə keçinib.

 

Elisaldenin qarşısında güllələndiyi zalda daha əvvəl məşhur boksçu Marko Antonio Barrere də məşq edib. Bundan əlavə, peşəkar boksun digər tanınmış nümayəndələri Xulio Sezar Çaves, Xorxe Linares və Edqar Sosa da həmin idman mərkəzinin yetirmələridir.

 

Qeyd edək ki, peşəkar rinqə yenicə ayaq basmış 33 yaşlı Elisalde cəmi iki görüş keçirmiş və hər ikisində də məğlub olmuşdu.