19:56 23-06-2017
news_image

Nağı Səfərov yenidən Avropa Taekvondo Birliyi İK-da

Cənubi Koreyanın Muju şəhərində Dünya Taekvondo Federasiyasın növbəti Baş Assambleyası keçirilib. Apasport.az saytının məlumatına görə, iclasda ötən dörd il ərzində müxtəlif ölkələrdə təşkil edilən yarışlar, tətbiq edilən yeni qaydalar və qarşıdan gələn yarışların hansı ölkələrdə keçirilməsi müzakirə olunub.

 

Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidentləri Nağı Səfərov va Niyaməddin Paşayevin də iştirak etdiyi toplantıda daha sonra qurumun müvafiq komitələrinə seçkilər keçirilib. Belə ki, 2005-ci ildən quruma rəhbərlik edən və bu vəzifəyə yeganə namizəd Çunq Von Ço yenidən DTF-nın prezident seçilib.

 

Seçki qaydalarına bir sıra dəyişikliklər edildiyinə görə Kontinental Taekvondo Birliklərinin seçilmiş prezidentləri birbaşa olaraq, DTF-nın vitse-prezidenti postunda yer alırlar. Digər iki vitse-prezident isə DTF-nın prezidenti tərəfindən yaxın günlərdə təyin ediləcək.

 

ATF-nın vitse-prezidenti Nağı Səfərova növbəti dəfə etimad göstərilib. N.Səfərov yenidən Avropa Taekvondo Birliyi (ATB) İcraiyyə Komitəsinə üzv seçilib. Seçkilər növbəti 4 il ərzində qüvvədə qalacaq.