15:08 24-06-2017
news_image
1457
DİGƏR NÖVLƏR

“Formula-1”: Azərbaycan Qran-prisində yeni lider

Bakıda təşkil edilən “Formula-1” üzrə Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüşlər keçirilib. Apasport.az saytının məlumatına görə, yarışda 10 komandanın 20 pilotu iştirak edib.

 

İlk 2 sərbəst yürüşdən fərqli, bu dəfə yeni lider müəyyənləşib. 1 saat davam edən mübarizəni Valterri Botttas öndə bitirib. “Mercedes” pilotu 1:42:742 dəqiqəlik göstərici nümayiş etdirib.

 

Onu 1:42.837 dəqiqəlik nəticə ilə "Ferrari" üzvü Kimi Raykkonen izləyib. Siyahının üçüncü pilləsində “Mercedes”in digər pilotu Luis Hamilton (1:43.158) qərarlaşıb.

 

"Red Bull"dan Daniel Rikkardo (1:43.287) və "Force İndia"dan Esteban Okon (1:43.334) müvafiq olaraq, 4-5-ci yerləri tutublar. İlk 2 sərbəst yürüşün qalibi Maks Ferstappen (“Red Bull”) isə 6-cı nəticə göstərib – 1:43.614.

Qeyd edək ki, sıralama turu bu gün sabah saat 17:00-da başlayacaq.