14:02 25-06-2017
news_image
1072
DÖYÜŞ NÖVLƏRİ

Mundialın ikinci günü də medalsız qaldıq

Koreya Muju şəhərində keçirilən taekvondo üzrə dünya çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, mundialın ikinci günündə daha iki taekvondoçumuz mübarizəyə qoşulub. Hər iki idmançımız yarışı erkən başa vurub.

 

Kişilər arasında 74 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Sina Bahrami hindistanlı Pradeep Dahiya 17:3 hesabıyla qalıb gəlsə də Nikita Rafaloviçə (Özbəkistan) məğlub (5:16) olaraq çempionatda mübarizəsini dayandırıb.

 

Qadın taekvondoçumuz Patimat Abakarova (49 kq) isə elə ilk döyüşündə məğlub olub. Abakarova – Vanya Stankoviç qarşılaşması rəqibin (7:4) qələbəsiylə başa çatıb.

 

Qeyd edək ki, üçnücü yarış günündə Ayxan Tağızadə (68 kq) və Fəridə Əzizova (67 kq) dayanq üzərinə çıxacaq.