19:20 25-06-2017
news_image
4300
DİGƏR NÖVLƏR

“Formula-1”: Daniel Rikkardo Azərbaycan Qran-prisinin qalibi oldu

Bakıda keçirilən “Formula-1” üzrə Azərbaycan Qran-prisi başa çatıb. Apasport.az saytının məlumatına görə, 10 komandadan 20 pilotun qatıldığı 8-ci mərhələ əsas yarışla yekunlaşıb.

 

Belə ki, Azərbaycan prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın canlı izlədiyi Azərbaycan Qran-prisinin qalibi “Red Bull” komandasından Daniel Rikkardo olub. O, 02:03:55.570 göstərici ilə qalib adını qazanıb.

 

İkinci yeri “Mercedes” komandasından Valterri Bottas (02:03:59.474) tutub. İlk “üçlüy”ü isə "Willams"dan Lens Stroll  qapayıb. Onun nəticəsi 02:03:59.579 olub.

 

Azərbaycan Qran-prisinin nəticəsi

1. Daniel Rikkardo ("Red Bull") – 02:03:55.570

2. Valterri Bottas (“Mercedes”) – 02:03:59.474

3. Lens Stroll ("Willams") – 02:03:59.579

4. Sebastyan Fettel ("Ferrari") – 02:04:01.546

5. Luis Hamilton (“Mercedes”) – 02:04:01.758

6. Esteban Okon ("Force İndia") – 02:04:25.868

7. Kevin Maqnussen (“Haas”) – 02:04:37.323

8. Karlos Sayns (“Toro Rosso”) – 02:04:44.970

9. Fernando Alonso ("McLaren Honda") – 02:04:55.121

10. Paskal Verlyayn ("Sauber") – 02:05:24.663

11. Markus Eriksson  ("Sauber") – 02:05:27.364

12. Stoffel Vandorn ("McLaren Honda") – 02:04:27.730

13. Roman Qrojan (“Haas”) – 1 dövrə az

Kimi Raykkonen ("Ferrari") – yarışı vaxtından əvvəl dayandırıb

Serxio Peres (“Force İndia”) – yarışı vaxtından əvvəl dayandırıb

Felipe Massa ("Willams") – yarışı vaxtından əvvəl dayandırıb

Niko Hülkenberq ("Renault") - yarışı vaxtından əvvəl dayandırıb

Colion Palmer ("Renault") - yarışı vaxtından əvvəl dayandırıb

Maks Ferstappen (“Red Bull”) – yarışı vaxtından əvvəl dayandırıb

Daniel Kvyat (“Toro Rosso”) - yarışı vaxtından əvvəl dayandırıb

 

“Formula-1” üzrə növbəti – IX mərhələ iyulun 7-9-da Avstriya Qran-prisi olacaq.

 

Qeyd edək ki, ardcıl ikinci dəfə Bakıda təşkil olunan “Formula-1” üzrə Qran-pri turnirində pilotlar 6.003 km uzunluğu olan Bakı Şəhər Halqasında 51 dövrə vurublar. Əvvəlki günlərdə isə yarış iştirakçıları treki və avtomobillərini sınaqdan keçiriblər. İlk 2 sərbəst yürüşdə Maks Ferstappen ("Red Bull”), üçüncü yarışda Luis Hamilton (“Mercedes”) bütün rəqiblərini qabaqlayıb. 32 yaşlı böyük britaniyalı Hamilton sıralama turunu da qalib kimi başa vurub.