19:43 25-06-2017
news_image
4111
DİGƏR NÖVLƏR

“Formula-1”: Mükafatları ölkə prezidenti təqdim etdi

Bakıda keçirilən “Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibləri mükafatlandırılıblar. Apasport.az saytının məlumatına görə, mükafatçılara kubokları ölkə başçısı İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, Avtomobil İdmanı Federasiyasının prezidenti Anar Ələkbərov və gənclər və idman naziri Azad Rəhimov təqdim ediblər.

 

Qeyd edək ki, Azərbaycan Qran-prisinin qalibi “Red Bull” komandasından Daniel Rikkardo olub. O, 8 mərhələdə 02:03:55.573 nəticə ilə bütün rəqiblərini qabaqlayıb.

 

İkinci yeri ”Mercedes” komandasından Valterri Bottas (02:03:59.474) tutub. İlk “üçlüy”ü isə "Willams"dan Lens Stroll qapayıb. Onun nəticəsi 02:03:59.474 olub.