22:58 25-06-2017
news_image

Həmyerlimizin Çin zəfəri

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Alim Nəbiyev növbəti qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, təmsilçimiz 2017-ci ildə ilk döyüşünü Çində keçirib.

 

Alim kikboksinq üzrə “Kunlun Fight” turnirinə uğurla start verib. O, çinli idmançı Çanq Yanqla qarşılaşıb.

 

İdmançımız hər üç raundda rəqibindən üstün olduğu döyüşdən 30:27 hesablı qələbə ilə ayrılıb. Bununla da Nəbiyev “Kunlun Fight”ın dünya çempionu titulu uğrunda növbəti turnirdə mübarizə aparmaq imkanı qazanıb.