18:29 16-04-2008
news_image
382
STOLÜSTÜ OYUNLAR

Teymur Rəcəbov reytinq cədvəlində Şəhriyar Məmmədyarovu qabaqlayıb

Bakı. Kənan Həsənov-APA-Sport. Şahmatçıların fərdi əmsallarının hesablama sisteminin müəllifi Eduard Dubov yeni reytinq cədvəlini dərc edib. “APA-Sport” agentliyinin məlumatına görə, 30 qrossmeysterin yer aldığı siyahıya 2800 xalla hazırkı dünya çempionu, hindistanlı Vişvanatan Anand başçılıq edir. Milli komandamızın üzvlərindən ən yüksək göstərici Teymur Rəcəbova məxsusdur. İki pillə irəliləyən 21 yaşlı qrossmeysterimiz 2746 xalla 8-ci pillədə qərarlaşıb. Şəhriyar Məmmədyarov isə üç pillə geriləyib. Hesabında 2732 xal olan şahmatçımız 9-cu yeri tutub.