15:05 29-06-2017
news_image
1103
DÖYÜŞ NÖVLƏRİ

Azərbaycan birinciliyinə start verildi - FOTOSESSİYA

Bu gün “Sərhədçi” İdman Olimpiya Mərkəzində U-23 gənclər arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə keçirilən ölkə birinciliyində 46 klubdan 333 cüdoçu (288 oğlan, 45 qız) qüvvəsini sınayır.

 

İki gün davam edəcək yarışın ilk günündə 181 cüdoçu tatami üzərinə çıxacaq. Bu gün qızlarda 48 kq, 52 kq, 57 kq, 63 kq, 70 kq, 78 kq, +78 kq çəki dərəcələrində, oğlanlarda isə 60 kq, 66 kq çəki dərəcələrində iştirakçılar medallar uğrunda mübarizə aparırlar.