12:57 30-06-2017
news_image
1625
DÖYÜŞ NÖVLƏRİ

DÇ: İlk medalımızın əyarı bilindi

Taekvondo üzrə Azərbaycan millisi Cənubi Koreyanın Muju şəhərində keçirilən dünya çempionatı ilk medalını qazanıb. Apasport.az saytının məlumatına görə, komandamıza mükafatı Məhəmməd Məmmədov qazandırıb.

 

63 kq çəki dərəcəsində mübarizə aparan idmançı 3-cü yerlə kifayətlənib. O, yarımfinalda iranlı Mirhaşim Husseynə məğlub olub.

 

Məmmədov bir gün baş tutan ilk görüşlərdə isə Sərdar Tahirovu (Özbəkistan) 10:3, ardınca Maktar Əl Məhəmməd Diaonu (Seneqal) 26:6 hesabı ilə məğlub edib. Həmyerlimiz 1/8 finalda portuqaliyalı Nuno Kosta üzərində də inamlı qələbə qazanıb – 35:17.

 

O, yarımfinala gedən yolda Bolat İzutdinovla (Rusiya) üz-üzə gəlib. Taekvondoçumuz bu döyüşü də aktivinə yazıb. O, rəqibini 11:7 hesabı ilə məğlub edib.

 

Qeyd edək ki, bu gün Milad Beiqi Harçeqani (80 kq) də yarımfinala yüksəlib. O, final üçün moldovalı Aaron Kukla qarşılaşacaq.