10:10 03-07-2017
news_image
1266
TOP OYUNLARI

Azərbaycan çempionu Polşa klubunu seçdi

Azərbaycan millisinin voleybolçusu Anastasiya Baydyuk yeni mövsümdən Polşada oynayacaq. Apasport.az saytının məlumatına görə, “Telekom”un yetirməsi “Dabrova-Qornitsa” klubu ilə danışıqları müsbət yekunlaşdırıb.

 

4-cü zona oyunçusu Orlan Liqanın 5-cisi ilə 1 illik müqavilə imzalayıb.

 

Qeyd edək ki, Baydyuk “Telekom”la Azərbaycan Super Liqasının qızıl və gümüş medallarını qazanıb. O, Bakı təmsilçisinin heyətində Çempionlar Liqası həyəcanı da yaşayıb.