12:18 03-07-2017
news_image
981
DİGƏR NÖVLƏR

43 ölkənin yığması Bakıya toplaşır

Bakıda atıcılıq üzrə Avropa çempionatına qatılacaq ölkələrin və snayperlərin sayı açıqlanıb. Apasport.az saytının məlumatına görə, 25 m, 50 m, 300 m məsafələrdən hədəfi nişan almada güllə, həmçinin stendin bütün növləri üzrə atıcıların qatılacağı yarışa 43 ölkənin yığması qatılacaq.

 

İyulun 21-dən avqustun 4-dək olacaq çempionatda 932 snayper dəqiqliyini yoxlayacaq. Onlar arasında yeniyetmələr də olacaqlar ki, həmin idmançılar Yeniyetmələrin Olimpiya Festivalına lisenziya üçün mübarizə aparacaqlar.

 

Qeyd edək ki, çempionat Bakı Atıcılıq Mərkəzində olacaq.