22:03 03-07-2017
news_image
1718
DÖYÜŞ NÖVLƏRİ

Millimiz İspaniyada - FOTOSESSİYA

Cüdo üzrə Azərbaycan milli komandasının əsas üzvləri hazırda İspaniyada Avropa Cüdo Federasiyasının təşkil etdiyi təlim-məşq toplanışındadır. Apasport.az saytının məlumatına görə, Kastelldefels şəhərində idmançılarımız baş məşqçi Fərhad Məmmədovun rəhbərliyi altında gündə 2 dəfə məşq edirlər.

 

Cüdoçularımız İspaniya toplanışını başa vurduqdan sonra iyulun 7-də millimiz vətənə qayıdacaq.

 

Təlim-məşq toplanışında Orxan Səfərov, Nicat Şıxəlizadə, Rüstəm Orucov, Hidayət Heydərov, Tural Səfquliyev, Elxan Məmmədov, Zelim Kotsoyev və Uşanqi Kokauri iştirak edirlər.

 

Qeyd edək ki, hazırlıqlarını Bakıda davam etdirəcək cüdoçularımız iyulun 22-də Belarusun paytaxtı Minskdə keçiriləcək Avropa açıq çempionatına qatılacaqlar.