21:55 04-07-2017
news_image
8462
FUTBOL

“Qəbələ” "Dinamo"ya məğlub oldu - YENİLƏNİB

“Qəbələ” Avstriyada təlim-məşq toplanışını davam etdirir. Apasport.az saytının məlumatına görə, hazırlıq prosesinin ikinci mərhələsini Zalsburq bölgəsində gerçəkləşdirən “qırmızı-qaralar” bu gün növbəti yoxlama matçına çıxıb.

 

Roman Qriqorçuk yetirmələrini Ukrayna çempionatının ikincisi Kiyev “Dinamo”su ilə qarşılaşıb.

 

Görüş ukraynalıların 2:1 hesablı üstünlüyü ilə yekunlaşıb. Təmsilçimizin yeganə qoluna Elvin Məmmədov imza atıb.

 

Bu, “Qəbələ”nin Avstriyada 7-ci matçı olub. Təmsilçimiz buna qədər “Fulpmes” (Avstriya – 8:0) və “Qrodiq” (Avstriya – 7:0) üzərində böyük hesablı qələbə qazanıbsa, “Axmat” (Rusiya – 0:1), “Vakker” (Avstriya – 0:1), MOİK (Bolqarıstan - 0:2) və “Ludoqorets”ə (Bolqarıstan - 0:2) məğlub olub.

 

Yoxlama görüşü

4 iyul

“Qəbələ” – “Dinamo” (Kiyev, Ukrayna) - 1:2

Qollar: Elvin Məmmədov, 85 - Xliobas, 13, 56

 

“Qəbələ”: Dmitri Bezotosnı, Vojislav Stankoviç, Vitali Vernidub, Ürfan Abbasov, İlqar Qurbanov, Cavid Hüseynov, Filip Ozobiç, Endi Hallidey, Araz Abdullayev, Xavyer Ernandes, Stiven Jozef-Monroz

 

“Dinamo”: Maksim Koval, Aleksandr Timçik, Aleksandr Pantiç, Tamaş Kadar, Zurab Oçiqava, Sergey Ribalka, Nikita Korzun, Denis Qarmaş, Viktor Tişankov, Oleq Qusev, Dmitro Xliobas