10:33 04-07-2017
news_image
1467
DÖYÜŞ NÖVLƏRİ

Avropa birinciliyinin mükafatçıları Vətəndə - FOTOSESSİYA

Litvanın Kaunas şəhərində yeniyetmələr arasında Avropa birinciliyində böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər. Apasport.az saytının məlumatına görə, mötəbər turnirdə 1 qızıl, 3 gümüş və 1 bürünc medal qazanan millimizin üzvlərini Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər, bir qrup azarkeş və idmançıların ailə üzvləri qarşılayıblar.

 

Qitə birinciliyində Vüsalə Kərimova (40 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu adına sahib olub. Oğlanların yarışında Ayxan Tanrıverdiyev (55 kq), Vüsal İbrahimov (60 kq) və Qnyaz Mahmudlu (66 kq) yalnız finalda uduzaraq, gümüş medalla kifayətləniblər. Davud Abaslı (60 kq) isə Litvada bürünc medala sahib olub.

 

Qeyd edək ki, 42 ölkədən 430 yeniyetmə cüdoçunun (234 oğlan, 196 qız) mübarizə apardığı mötəbər yarışda Azərbaycan milli komandası 16 cüdoçu (10 oğlan, 6 qız) ilə təmsil olunurdu.