16:24 05-07-2017
news_image
2619
TOP OYUNLARI

Natalya Məmmədova geri döndü – 1 illik müqavilə

Azərbaycan millisinin voleybolçusu Natalya Məmmədova karyerasını Rusiyada davam etdirəcək. Apasport.az saytının məlumatına görə, yığmamızın 33 yaşlı hücumçusu Kazan “Dinamo”su ilə anlaşıb.

 

O, son 3 ildə şərəfini qoruduğu İsveçrə “Volero”sunu bu komandaya dəyişib. Məmmədova Tatarıstan təmsilçisi ilə 1 illik müqavilə bağlayıb. Natalya özünü yaxşı tərəfdən göstərəcəyi halda, müqavilənin artırılması istisna deyil.

 

Qeyd edək ki, Məmmədova son 3 ildə çempionluq sevinci yaşadığı Sürix klubuna məhz Rusiyadan yollanmışdı. O, “Omiçka”nı “Volero”ya dəyişmişdi. Natalya şimal qonşularımızın “Zariçye-Odintsova” və Krasnodar “Dinamo”sunun da şərəfini qoruyub. O, həmçinin Azərbaycan (“Azərreyl”, “Rabitə”), İtaliya (“Çyeri”), Türkiyə (“Türk Telekom”) və İspaniya (“İkaro Palma”) komandalarında da çıxış edib.