12:12 08-07-2017
news_image
7315
FUTBOL

“Azərbaycandan təklif almışdım” – Polşa yığmasının baş məşqçisi

21 yaşadək futbolçulardan ibarət Polşa yığmasının baş məşqçisi Çeslav Mixnieveiç bir müddət əvvəl Azərbaycandan təklif alıb. Apasport.az saytının məlumatına görə, bunu 47 yaşlı mütəxəssisin özü açıqlayıb.

 

O bildirib ki, az əvvəl təyin olunduğu vəzifəyə başlayana qədər aldığı çoxsaylı təkliflər arasında seçim etməli olub. Polşalı mütəxəssis Azərbaycanda hansı klubdan təklif aldığını açıqlamasa da, belə variantın olduğunu qeyd edib: “Həm Polşa, həm xarici klublardan dəvətlər var idi. Düzdü, bunlar kifayət qədər konkret səviyyədə deyildi. Şotlandiya, Azərbaycan, Qazaxıstan və Belarus komandaları da məni çağırırdı. Hətta Belçikaya da üz tuta bilərdim. Özüm də xaricdə çalışmaq arzusundaydım. Amma federasiyadan gələn təklifi qəbul etdim. Yığmadakı fəaliyyətlə özümü yaxşı tərəfdən göstərdikdən sonra da xarici komandada çalışmaq olar”.

 

Qeyd edək ki, karyerası ərzində “Amika”, “Poloniya”, “Lex”, “Termalika”, “Zaqlebiye”, “Arka”, “Vidzev”, “Yagelloniya”, “Poqon”, “Podbeskidzi” klublarında çalışmış Mixnieviç 2005-ci ildə Polşa çempionatının ən yaxşı məşqçisi seçilib.