01:40 18-07-2017
news_image
1035
DÖYÜŞ NÖVLƏRİ

Azərbaycan millisi dünya çempionatının hazırlığına başlayıb

Kişi boksçulardan ibarət Azərbaycan millisinin növbəti təlim-məşq toplanışına start verilib. Avropa çempionatından sonra istirahətdə olan komandamız Bakıda bir araya gəlib.

 

Avqustun 25-dən sentyabrın 3-dək Almaniyanın Hamburq şəhərində baş tutacaq dünya çempionatına hesablanan hazırlığın ilk mərhələsi iyulun 23-də başa çatacaq. Boks Mərkəzində təşkil olunan ilkin mərhələdə əsasən fiziki məşqlərə üstünlük veriləcək.

 

Təlim-məşq toplanışına 5-i mundiala qatılacaq boksçu olmaqla 10 idmançı cəlb edilib.

 

Qeyd edək ki, dünya çempionatında yığmamızın şərəfini Lorenzo Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Abdulqadir Abdullayev (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) qoruyacaq.